“World Class” lüks və premium fitnes klubları seqmentində dünya liderlərindən biridir. Şəbəkə 1993-cü ildən fəaliyyət göstərir və hazırda dünya üzrə 110-dan çox kluba malikdir.
Bakıda açılmış ilk “World Class” fitnes klubu Beynəlxalq Bakı Mərkəzində yerləşir və 5000 m2 sahəsi ilə şəhərin ən böyük premium fitnes mərkəzlərindən biridir.
Ən son model premium avadanlıq və peşəkar məşqçilərimiz istənilən idman və sağlamlıq hədəfinizə çatmağa kömək edəcək.
1000 m2 sahəsi olan ümumi idman zalı
Qadınlar üçün xüsusi zal
Qrup məşqləri üçün 3 müxtəlif studiya
Pilates studiyası
Velosiped studiyası
25m uzunluqda açıq və qapalı hovuzlar
Döyüş idman növləri zalı
Uşaqlar üçün fitnes
Tibbi uyğunluq testi
Parkinq
Ailəvi paltardəyişmə otağı
Kimyəvi təmizləmə və camaşırxana
Sauna və buxar otağı
Masaj xidməti
Fitnes kafe